https://www.zirve.edu.az/ #
2021-04-19 09:36:00
Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?”ın qalibi oldu

Aprelin 18-də Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının Yaz seriyasının final görüşü keçirilib.

 

Finalda Balaş Qasımovun komandası tamaşaçılara 6:5 hesabı ilə qalib gəlib.

 

“Büllur bayquş” mükafatı komandanın oyunçusu Denis Qaliakberova verilib. Bununla da Balaş Qasımovun komandası qış seriyasında oynayacaq.

 

Balaş Qasımovun komandası bu tərkibdə çıxış edib: Dmitri Avdeenko, Yuliya Lazareva, Elman Talıbov, Denis Qaliakberov və Sergey Nikolenko.