https://www.zirve.edu.az/ #
2021-04-16 12:01:00
“Plastik boru qaynaqçısı” peşəsi üzrə biliklər qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, agentliyin inzibati binasında keçirilən test imtahanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib. Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin praktiki qiymətləndirilmə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Praktiki imtahanlar aprelin 22-də  “Crocus Trading” MMC-nin təşkilatı dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında həyata keçiriləcək.

 

Qeyd edək ki, “Plastik boru qaynaqçısı” ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması üçün qeydiyyat https://bit.ly/2Q8AoVF  davam edir.