Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 09:25:00
Karantin günlərində ödənişsiz yararlana biləcəyimiz təhsil platformaları – Çox faydalı  

Koronavirusa görə bir çox ölkədə tədbir məqsədli olaraq təhsilə ara verilib. Ölkəmizdə də aprelin 20-nə kimi məktəb və universitetlərdə tətil elan edilib. Bu müddətdə isə şagirdlər və tələbələr dərslərinə onlayn şəkildə davam edir. Koronavirusa yoluxma riskinin olduğu bu günlərdə hökumət insanlardan evdə qalmağı, lazım olmadıqca küçəyə çıxmamağı tələb edir.

 

 

AzEdu.az sözün əsl mənasında evə həbs olunduğumuz bu günləri daha faydalı və əyləncəli keçirməyiniz üçün ödənişsiz şəkildə yararlana biləcəyiniz onlayn təhsil platformalarını təqdim edir:

 

1) Bilgeis.net

 

"Orta Doğu Teknik Üniversitesi" tərəfindən yaradılmış onlayn təhsil platformasıdır. Tərkibində dizayn, jurnalistika, video, rəqəmsal marketinq və digər sahələrə aid kurslar var. Dərslər ödənişsizdir və tədris türk dilindədir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra sertifikat əldə edəcəksiniz.

Qeyd edək ki, sertifikat pdf formasında verilir.



2) İstanbul İşletme Enstitüsü:

 

İİE-də HR, marketinq, mühasibatlıq, xarici dil, ünsiyyət texnikaları, şəxsi inkişaf və s-yə dair ödənişsiz onlayn dərslər mövcuddur. Dərslər türk dilindədir. Burada bilməli olduğunuz bir məsələ var: deməli, ilk öncə qeydiyyat və kurs seçimi proseslərini iienstitu.com saytından həll edəcəksiniz. Dərslər isə uzem.iienstitu.com saytında olacaq.
Qeyd edək ki,  İİE-nün sertfikatı ödənişlidir.



3) Khan Academy:



“Khan Academy” dünya səviyyəli onlayn platformalardan biridir, dərslərin hamısı ödənişsizdir. Burada iqtisadiyyat, maliyyə, sənət, humanitar fənlər, kompüter elmlərinə aid video dərslər və testlər mövcuddur.  Tədris ingilis dilindədir. Uşaqlarınızın məktəbə gedə bilmədiyi günlərdə təhsildən geri qalmamaları üçün bu platformadan yararlana bilərsiniz.



4) Edx.org

 

“EDX” data analitikası, dil, mühəndislik, kompüter elmləri, menecment və s. kimi sahələri özündə birləşdirən və onları ödənişsiz, onlayn şəkildə tədris edən platformalardan biridir.

 

5) Campus Online:

 

“Campus Online” 2010-ci ildə yaradılmış onlayn təhsil platformasıdır. Digər kurslar kimi “Campus Online”-nın tərkibində müxtəlif sahələrə aid dərslər mövcuddur. Kurslar ödənişlidir və sonda sertifikat verilir.

 


6)  Data Camp:



Adından da göründüyü kimi,  “DataCamp” Data Analitikasına dair kiçik və böyük ölçülü dərsləri tədris edən platformadır. Bu onlayn resurs vasitəsilə götürdüyünüz kursu bitirdikdən sonra sonda sertifikat əldə edə biləcəksiniz.

 

7) Google Digital Garage

 

“Google Digital Garage” özünüzü və kariyeranızı inkişaf etdirmək üçün ən yaxşı platformalardan biri hesab olunur. Bu platforma əsasən Google xidmətləri (Analytics, Adsense, Adwords) mövzusunda ixtisaslaşmaq istəyənlər üçün ideal sayılır. “Google Digital Garage”-dən rəqəmsal marketinq sahəsində özünü inkişaf etdirmək istəyənlər yararlana bilər. Dərslər tamamilə ödənişsizdir və sonda serifikat verilir.

 

8) Alison.com

 

Alison.com-da da digər platfomalarda olduğu kimi dərslərin çoxu ödənişsiz və sertifikatlıdır. Şəxsi inkişafdan tutmuş bir çox sahəyə aid kurs götürmək mümkündür.  Hətta Alison.com-da son olaraq koronavirusla əlaqədar informasiyaların yer aldığı dərslər də yerləşdirilib.

 

9) Futurelearn

 

8 milyondan çox istifadəçisi olan “Futurelearn”-də müxtəlif mövzuda kurslar mövcuddur. Dərslərdən bəziləri ödənişli, bəziləri isə ödənişsizdir. Bu platforma tələbələrə dünyanın məşhur univesitetləri vasitəsilə ödənişsiz dərslər xidməti təqdim edir.

 

10) Element sofai

 

Helsinki Universitetinin onlayn təhsil kursu olan bu platformada süni zəka ilə bağlı dərslər mövcuddur.  Ödənişsiz olaraq 6 həftəlik dərslərin tədris olunduğu “Element sofai”də sonda imatahandan 80%-lik nəticə əldə etdiyiniz təqdirdə sertifikat əldə edə bilirsiniz.