Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 12:00:00
Müəllimlər üçün elektron sənəd qəbulu bu gün başa çatır

Aprelin 14-də 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbulu prosesi başa çatır.

 

AzEdu.az-ın məlumatına görə, proses bu gün saat 23:59-dək davam edəcək.

 

Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

 

Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.