Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 17:25:00
AzTU-nun müəliminin Rusiyada monoqrafiyası nəşr olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi, Energetika və avtomatika fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseynqulu Quliyevin Rusiyada bu ölkənin alimləri ilə birlikdə hazırladığı monoqrafiya çap olunub.

 

AzEdu.az xəbər verir ki,“Külək energetikasının regional problemləri” adlı monoqrafiyada dünya və regionun külək energetikasının müasir vəziyyəti, perspektiv inkişaf istiqamətləri analiz olunub.

 

Nəşrdə dünyanın, o cümlədən, Azərbaycanın xarakterik regionları üçün küləyin sürətinin və külək aqreqatlarının hasilat gücünün proqnozlaşdırılmasına dair çoxsaylı təcrübi hesabat nəticələri də qeyd olunub.

 

Həmçinin külək enerji qurğuları qoşulmuş elektrik şəbəkələrinin iş rejimlərinin modelləşdirilməsi,  enerji sisteminə inteqrasiyası və idarə olunması problemləri də monoqrafiyada əksini tapıb.