Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 11:00:00
Buraxılış imtahanında aşağı nəticə göstərən şagirdlərə attestat veriləcək?-RƏSMİ

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq. Qeyd edək ki, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

 

Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.   

 

 İstər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.    

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları