Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 10:07:00
“Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi keçirilir  

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsinə start verilib. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə 5 aprel–5 may tarixlərini əhatə edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.

 

Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir. Birinci mərhələ aprelin 5-dən 25-dək baş tutacaq. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat [email protected] elektron ünvanına göndərilməlidir. İkinci mərhələ aprelin 25-dən 29-dək olacaq. Bu mərhələdə qaliblər müəyyən edilir. Üçüncü mərhələ mayın 5-də olacaq. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə üzrə tələblər bunlardır: Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu), fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər, fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir, telefon, planşet və ya fotokamera ilə çəkilə bilər, fotolar aydın və keyfiyyətli çəkilməli, həcmi 3-4 mb-dan az olmamalıdır. Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir. Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin [email protected] elektron ünvanına göndərilməlidir.

 

Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.