Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 14:58:00
Deputat  universitetləri  sərt  tənqid  etdi : “Ciddi  monitorinq  aparılmalıdır”

“Universitet  var  ki, son 10- 15  ildə  tələbənin ixtiyarına  bir  kitab  belə  verə  bilməyib, lakin  keyfiyyətli  təhsildən, uğurlardan  danışırlar”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Milli  Məclisin  Elm  və  Təhsil  Komitəsinin  üzvü  Etibar  Əliyev  öz  facebook  hesabında  qeyd  edib.

 

O, universitetlərin  kitabxanalarının  vəziyyətinə  diqqət  çəkib:

 

“Universitetlərin  reytinqini  müəyyənləşdirən  kriteriyalardan  biri  universitet  kitabxanalarıdır. Barmaqla  sayılası  universitetlər  istisna  olmaqla  universitetlərimizin  kitabxanaları  bərbad  vəziyyətdədir. Düşünürəm  ki, universitet  rektorunun  əsas  keyfiyyətlərindən  biri  kitabı  bilmək, kitaba  dəyər  vermək  olmalıdır”.

 

Deputat  universitet  kitabxanalarında  ciddi  monitorinq  aparılmalı  olduğunu  bildirib:

 

“Universitet  var  ki, son 10- 15  ildə  tələbənin ixtiyarına  bir  kitab  belə  verə  bilməyib, lakin  keyfiyyətli  təhsildən, uğurlardan  danışırlar. Universitet  kitabxanalarının  ciddi  monitorinqi aparılmalıdır”.

 

Etibar  Əliyev  son  olaraq  qeyd  edib  ki, tələbələrə  ötən  əsrin  60 - 80- ci illərində  çap olunmuş kitablardan  dərs  demək  illüziyadan  (llusio – aldatma, masqara, ələ salmaq deməkdir) başqa  bir  şey  deyil.