Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 14:43:00
“Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur    

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Crocusoft Academy” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə,  təlimə seçilən iştirakçılar C proqramlaşdırma dili üzərindən proqramlaşdırmanın təməl prinsiplərinə yiyələnəcəklər. Alqoritmlər və verilənlər strukturları üzrə baza, eyni zamanda gələcəkdə bu sahədə karyera imkanlarını genişləndirməyə kömək edəcək ilkin alqoritmik biliklər əldə edəcəklər. Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

 

İştirak üçün əsas meyarlar:

- Bakı şəhərində yaşayan gənclər;

- İnformasiya texnologiyaları üzrə başlanğıc səviyyədə ingilis dili bilikləri;

- İT üzrə təhsil və ya iş təcrübəsi.

 

Təlim 2 ay (48 saat) davam edəcək. Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.Təlimdə iştirak üçün müraciətlər aprelin 4-dək qəbul olunur.