Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 09:57:00
Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə  videokonfrans keçirilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onların fəsadları” mövzusunda videokonfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Rasilə Arifqızı uşaq hüquqları haqqında Beynəlxalq konvensiyalar, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlığı və təhsili ilə bağlı problemlərin yaşandığını diqqətə çatdırıb. Qeyd olunub ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.

 

Diqqətə çatdırılıb ki, erkən nikahlar nəticə etibarilə bütövlükdə cəmiyyət üçün çox ciddi problemdir. Bunun nəticəsində təhsilsiz qadınların sayı, zorakılıq halları artır, məişət zorakılığı zəminində qətllər törədilir, boşanmaların sayı çoxalır, uşaqlar stres şəraitində böyüyürlər. Bu məsələdə hər kəsin üzərinə məsuliyyət düşür. Burada əsas məsələ valideynlərin həm qız, həm oğlan uşaqlarını maarifləndirməsidir.

 

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxışında erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar, problemin qarşısının alınması məqsədilə pandemiya şəraitində həyata keçirilən tədbirlər və mübarizə yolları barədə iştirakçılara məlumat verib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.(Azərtac)