Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 17:36:00
Bədən Tərbiyəsi və İdman Gününə dair görüş keçirilib - FOTO  

Bakı Şəhəri  üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, fiziki tərbiyə müəllimləri və 2020-ci ildə idman sahəsində uğur va nailiyyətlərinə görə  fərqlənən məktəblilər iştirak edib.

 

Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə idman siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib. Ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən idarə müdiri Azərbaycanın artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdığını söyləyən M.Vəliyeva  təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının da artdığını söyləyib.

 

Tədbirdə çıxış edən fiziki tərbiyə müəllimləri və idman nailiyyətləri ilə fərqlənən məktəblilər müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə doğruldacağına və idmanın kütləviliyinin daha da artacağına əminliklərini bildiriblər.

 

Tədbirdə ölkəmizdə idmanın inkişafına həsr olunan videoçarx nümayiş olunub.