Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 14:07:00
“Buraxılış imtahanında bu mövzulardan suallar salınmayacaq” – Təhsil eksperti

9 illik bazadan kolleclərə qəbul qaydaları, buraxılış imtahanlarına salınan test tapşırıqlarının sayı və digər yeniliklərlə bağlı Nazirlər Kabinetinin təsdiqlənən qərarları açıqlandı. Yeni qərarların abituriyentlərin imtahan göstəricilərinə təsiri necə olacaq? Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkestasib imtahanlarla bağlı proqnozunu AzEdu.az-la bölüşdü:

 

“2020-ci ilin mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan edildi. Bu səbəbdən ənənəvi tədris distant tədrislə əvəzləndi. Həmçinin 44 günlük müharibə günlərində bölgələrdə internet problemi səbəbindən onlayn dərslərin tədrisində də müəyyən fasilələr yarandı.Təhsil Nazirliyi və DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq buraxılış imtahanının təşkili və məzmununda sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.”.

 

Təhsil eksperti yeni qərarların şagirdlərin imtahan göstəricilərinə müsbət  təsir edəcəyini də vurğuladı:

 

 “Bu dəyişikliklər Nazirlər kabineti tərəfindən təsdiqlənib. Yeni qəbul olunan qərarlara və abituriyent jurnalına əsasən, buraxılış imtahanına 5-ci sinifdən başlayaraq 9-cu sinfin birinci yarısınadək olan mövzulardan suallar salınacaq. Bu da şagirdlərin imtahandan uğurla keçmələri üçün faydalı olacaq. Həmçinin aşağı sinif dərsliklərinə yeni salınan və proqramdan çıxarılan mövzular imtahana salınmayacaq. İmtahan bir mərhələdən ibarət olaraq keçiriləcək. Azərbaycan dilindən 30, xarici dildən 30, riyaziyyatdan isə 25 sual olmaqla ümumilikdə 85 test tapşırığı təqdim ediləcək. Həmçinin imtahanda situasiya tipli  açıq suallardan istifadə edilməyəcək. Həmçinin DİM tərəfindən otk.az portalında yaxın vaxtda yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək. Tövsiyə edirəm ki, şagirdlər bu imtahanda iştirak etsinlər. Bu zaman onlar imtahana salınacaq sualların ümumi tipi ilə tanış olacaqlar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları