Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 15:12:00
AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də  direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağızadə və müəssisənin digər əməkdaşları ilə görüş keçirib.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı qurumlararası mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən universitet tələbələrinin müəssisədə təcrübə imkanları, böyük həcmli verilənlər (big data) sahəsində birgə tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb.