https://www.zirve.edu.az/
2021-03-05 11:02:00
Bakı Xoreoqrafiya Akademiyasının Vətən müharibəsində iştirak etmiş məzun və əməkdaşları ilə görüş keçirildi

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, məzunları, eləcə də ailə üzvləri ilə görüş keçirilib.

 

Akademiyadan AzEdu.az-a verilən məlumata görə, əvvəlcə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, müvəqqəti olaraq rektor vəzifəsini icra edən Əziz Qarayusifli, xarici əlaqələr üzrə prorektor Təranə Muradova, BXA-nın Kollec direktorunun müavini Olqa Haşımova, Kitabxana - informasiya mərkəzinin müdiri İradə Mehdiyeva çıxış ediblər.

 

Çıxış edənlər müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən söz açıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərin şücaət göstərdiklərini vurğulayıblar.

 

Sonda döyüşçülər xatirələrini bölüşüb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

 

Görüş pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən karantin qaydalarına uyğun olaraq keçirilib.