Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 12:20:00
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə - DİQQƏTLİ OLUN

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verirlən məlumata görə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi iyulun 8-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.