Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-27 13:30:00
Türkiyədə martın 2-dən məktəblər açılır  

Türkiyədə martın 2-dən etibarən bəzi məhdudiyyətlərlə məktəblərdə üz-üzə dərslər bərpa olunur.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhsil Nazirliyinin təlimatında deyilir.

 

Qeyd olunur ki, ibtidai siniflərdə dərslər bir sinif üçün həftədə 2 gün ümumilikdə 12 saatı keçməməklə baş tutacaq.

 

Orta məktəb və liseyin son sinifləri hesab olunan 8 və 12-ci siniflərdə dərslər bərpa olunur. 8-ci siniflərdə həftədə 22 saat, 12-ci siniflərd həftədə 24 saat dərs keçiriləcək.

 

Qeyd edək ki, Türkiyədə kənd məktəbləri fevralın 15-dən dərslərə başlayıb.