Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bakalavriat, magistratura və doktorantura, eyni zamanda, tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər sənədlərini martın 5-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.