https://www.zirve.edu.az/ #
2021-01-31 17:07:00
Rəsulzadənin gəncliyə xitabı, Cümhuriyyət tələbəsinin andı - TARİX

Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının  102-ci  ildönümü bu gün tamam olur. 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dövləti yaradan millət fədailəri yoxdan bir bayraq var etdi. Bu tarix və onun yaradıcıları haqqında çox danışmaq olar. Amma ardıcıllıqla, sistemliliklə” 

 

AzEDu.az bu yazıda  iki vacib müraciəti öncə təqdim edək. Bəlkə də, ən vacib “sənədlər” elə bunlardı. Həcmcə kiçik olsalar da belə”

 

Biri böyük Məhəmməd Əmin Rəsulzadənin gəncliyə xitabıdır:

 

“Ey Gənclik! Ey Türk gəncliyi!”

 

Sənin öhdəndə böyük bir vəzifə var!

 

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!

 

Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan” 

 

Sonradan böyük Atatürk də buna bənzər bir  müraciət hazırladı ki, Türkiyədə hamı o müraciətdən xəbərdardı. İndi isə keçək başqa sənədə”¦Cümhuriyyət tələbələrinin andına. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 tələbəsi haqqında araşdırmaçılar Ədalət Tahirzadə və Tüyyub Qurbanın lazımı monoqrafiyaları var. İnanırıq ki, Cümhuriyyət tələbələri bundan sonra da araşdırılacaq, barələrində kitablar, məqalələr yazılacaq. İndi isə Cümhuriyyət tələbələrinin andını təqdim edək:

 

"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".