Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 17:52:00
ADNSU MDU-nun tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir 

 

Ölkəmizin qocaman  qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda və 142 nüsxədə kitab hədiyyə edilib. 

 

AzEdu.az-ın məlumatına görə, universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təqdim olunan dərslik və dərs vəsaitləri MDU-da ilk növbədə Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır. 

 

Modernləşmə yolunda olan MDU ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində digər qabaqcıl universitetlərlə yanaşı ADNSU ilə də hərtərəfli əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. 

 

Qeyd edək ki, 2020-ci ilin 25 dekabr tarixində MDU-nun təşəbbüsü ilə ADNSU-nun 100 illik yubileyinə həsr olunan birgə onlayn tədbir keçirilibTədbir zamanı iki universitet arasında tələbə  müəllim mübadiləsinin həyata keçirilməsibirgə tədqiqatların aparılmasıortaq layihələrin icra edilməsi, MDU tələbələri  müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması  digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barə ilkin razılıq əldə olunub.