https://www.zirve.edu.az/
2021-01-22 13:48:00
Təhsil naziri müəllimlərə təşəkkür etdi

“Azərbaycan müəllimlərinə öz adımdan və Təhsil Nazirliyi adından təşəkkürümü bildirirəm”

 

Azedu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev  xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə deyib.

O, virtual dərslərin statistikasını da diqqətə çatdırıb:

“150 min təhsilverənin 128 mini Virtual məktəb platformasında qeydiyyatdan keçib. 1 milyon aktiv istifadəçi var. Aktiv istifadçıi o deməkdir ki, ən azı həftədə bir dəfə dərsə qoşulub. Həftəlik dərs sayı isə 6 milyon 200 mindir. Ötən il bu rəqəm heç 10 faiz deyildi.

6 milyon dərsin keçirilməsində Azərbaycan müəllimlərinin böyük əməyi var. Onlara öz adımdan və Təhsil Nazirliyi adından  təşəkkür edirəm”.

Nazir qeyd edib ki, dərsə qoşulan müəllimlərə və şagirdlərə internet güzəştləri edilib:

“Onlayn dərsə qoşulan təhsilverən və təhsilalanın hər biri 50 meqabayt  pulsuz paket və 1 terabayt saxlanc əldə edir. Bir il bundan qabaq biz bunların heç 10-da birini təsəvvür edə bilməzdik”.