https://www.zirve.edu.az/
22.01.2021 12:46
"Davam edən vəziyyətdə təhsilin keyfiyyəti müsbət olub desək, düz olmaz" - Nazir

“Distant təhsil bu gün seçimimiz yox, daha vəziyyətin ən yaxşı həll yoludur”.

 

AzEdu.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

 

O, ən çox zərbənin hansı təhsil təbəqəsinə dəydiyini deyib: “Təhsilin keyfiyyətinə gəldikdə, problem sosial baxımdan daha aşağı təbəqələrə dəyir, yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Təhsilin keyfiyyəti vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düz olmaz, amma yenə də bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Yaranan boşluqları necə doldura biləcəyimizi görəcəyik.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları