Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 15:59:00
ADNSU “UniLab” layihəsi çərçivəsində onlayn qrup müzakirəsində iştirak edib

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UniLab” layihəsi çərçivəsində layihənin gedişatına həsr olunmuş onlayn qrup müzakirəsində iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, müzakirələrdə Koronavirus (Covid-19) pandemiyası şəraitində layihə çərçivəsində görülən və görüləcək işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib.

 

Layihə koordinatoru Carme Royo  “Focus Group  discussion” onlayn görüşlərində şirkətlərlə əməkadaşlıq məsələsinə xüsusi diqqət çəkərək, partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsindən danışıb və təqdimatla çıxış edib.

 

Görüşdə həmçinin, layihə iştirakçıları görülən işlərlə bağlı öz təcrübələrini bölüşüb, uğur faktorlarını qeyd ediblər. Tələbələrin təcrübə proqramlarına cəlb edilməsi və biznes mühitində təcrübəyə olan marağı artırmaq üçün təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.