Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 10:33:00
  Son günlərin çox yayılan təhsil şayiələri – “Sertifikasiya  başladı”, “Məktəblər açıldı”…

 

 

Son günlər sosial şəbəkə və virtual mediada  təhsillə bağlı bir sıra dezinformasiyalar yayılıb.

 

Bu da öz növbəsində insanlar arasında çaşqınlığa səbəb olub. Həmin məsələlərə isə Təhsil Nazirliyi və digər qrumlar rəsmi münasibət  bildirməklə aydınlıq gətiriblər.

 

 

AzEdu.az  son zamanlar təhsil sahəsi ilə bağlı yayılan dezinformasiyaları təqdim edir:

 

 

“Dərslər başlanır”

 

Tədris ilinin ənənəvi qaydada başlaması ilə əlaqədar insanlar arasında şaiyələr dolaşırdı.

 

 

Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə aydınlıq gətirdi:

 

 

“Tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa bu ilk növbədə Təhsil nazirliyinin resurslarında paylaşılacaq”.

 

 

“Sertifkasiya bu tarixdə olacaq”

 

Bir sıra sosial şəbəkə istifadəçiləri sertifikasiya prosesinin yaxın zamanda başlayacağını iddia edirdi.

Bəzi müəllimlər müxtəlif səhifə və qruplarda bu barədə mübahisələr edir, media isə doğrunu yaza bilmirdi. Məsələyə yenə də Təhsil Nazirliyi özü rəsmi müdaxilə ilə son qoydu:

 

 

Məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov

 

 

“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı tarix və cədvəl müəyyən olunmayıb. Və bu barədə hər hansı məlumat olarsa bunu ilk olaraq Təhsil Nazirliyinin resursları paylaşacaq”.

 

 

“Tələbə köçürülməsi olmayacaq”

 

 

İnsanları narahat edən məsələlərdən biri də fevralın 1-dən 7-nə kimi olan tələbə köçürülməsi ilə bağlı idi. Lakin bu dəfəki transfer imtahan zamanına düşdüyü üçün tələbələrin bir çoxu akademik transkripti ala bilməyəcəkdilər.

 

 

Həm Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, həm də Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məsələ ilə maraqlanaraq transfer zamanı bu kimi problemin olmayacağını açıqladı.

 

 

Başqa sözlə, bu imtahan sessiyası davam edə-edə tələbələr paralel olaraq transferdən istifadə edə biləcək.

 

 

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. 

 

 

Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları