Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 15:56:00
Təhsil İnstitutu mütəxəssis vakansiyası elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.

 Azedu.az xəbər verir ki, bu barədə İnstitutun rəsmi səhifəsində elan yerləşdirilib.

Vəzifə öhdəlikləri:"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində rus və Azərbaycan dillərində hazırlanmış I-IX sinif materiallarını (siniflər üzrə iş dəftərləri, metodiki vəsaitlər, təqdimatlar, videolar) nəzərdən keçirərək onların informatika fənni üzrə məzmun standartlarına uyğunluğunun yoxlanılması və müvafiq düzəlişlərin edilməsi üçün rəyin verilməsi.

Təhsil: Kompüter elmləri, informatika və ya uyğun ixtisaslar üzrə ali təhsil.

Tələblər:

Scratch və Python proqramlarını yüksək səviyyədə bilmək;

rus dilini yüksək səviyyədə bilmək;

ümumi təhsil müəssəsində 5 illik təcrübə;

sahəsi üzrə 10 illik təcrübə;

komandada işləmək bacarığı;

analitik düşüncə və detallara diqqətli olmaq.

Qeyd edilən tələblərə uyğun  şəxslərdən CV-lərini  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix 30 dekabr 2020-ci ildir.