Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 11:20:00
Buraxılış imtahanlarında ən çox bu fəndən zəif nəticə göstərilir –RƏQƏMLƏR

 

 

Təhsil Nazirliyi XI sinif buraxılış imtahanlarında fənlər üzrə müvəffəq qiymət alanların faizini açıqlayıb.

 AzEdu.az xəbər verir ki, hesabatda Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən son üç ildə müvəffəq qiymət alanlar müqayisəli təhlili  edilib. Ana dili üzrə tendensiya artan xətlə davam edib. 2015-ci ildə müvəffəq qiymət alanların nisbəti 79%-dən 2017-ci ildə 83 %-ə qalxıb. Riyaziyyatdan müvəffəqiyyət göstəricisi isə 2016-cı ildə ötən ilə nisbətən 4 % artsa da, 2017-ci ildə bir il öncəyə nəzərə 1% azalaraq  80% olub. Xarici dildən müvəffəq qiymət alanların nisbəti isə keçən il ilə müqayisədə 1% artaraq 77%-ə çatıb.

Təhsil Nazirliyi həmçinin 2017-2018-ci tədris ilində fənlər üzrə 2, 3,  4 və 5 qiymət alanların sayını da açıqlayıb.  Şagirdlərin ən çox xarici dil fənnindən 2 aldıqları məlum olub. Belə ki,  xarici dildən 23.4%,  riyaziyyatdann 20.4%, ana dilindən isə 17.3% şagird buraxılış imtahanlarında 2 alıb. Ana dili fənni üzrə məzunların yarısından çoxu 4 və 5 qiymət alsalar da, bu göstərici riyaziyyat üzrə 47.1 %  və  xarici dildən 41.7% təşkil edib. Ümumilikdə isə XI sinif buraxılış imtahanlarından 9.4% şagird 5 qiyməti alıb. Bu, ötən illərlə müqayisədə artan göstəricidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları