Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-28 17:24:00
Gəncəli alim ümumdünya konfransında erməni terrorunu ifşa edən məruzə ilə çıxış edəcək

2021-ci ilin 3-4 yanvar tarixlərində Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində “Şəhərləşmə mədəniyyətinin tarixi” mövzusunda dünya alimlərinin Beynəlxalq Elmi Konfransı keçiriləcək.

 

Dünyanın 80-dən artıq ölkəsini təmsil edən 600-ə qədər alim və tədqiqatçının iştirak edəcəyi mötəbər elmi tədbirdə ölkəmiz də təmsil olunacaq.

 

Azərbaycanı bu beynəlxalq elmi tədbirin Plenar iclasında ölkəmizin Elm üzrə Prezident mükafatçısı, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil edəcək.

 

Gənc tədqiqatçı “Gəncənin qədim şəhər mədəniyyətinə qarşı erməni terroru: tarixi həqiqətlər və müasir elmi təhlillər” mövzusunda ingilis, alman və rus dillərində məruzə ilə Konfransın plenar iclasında çıxış edəcək.

 

Beynəlxalq tədbirdə dünyanın şəhər mədəniyyətinin tədqiqi sahəsində görkəmli alimlərinin qarşılıqlı əməkdaşlığı, elmi istinad göstəriciləri haqqında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulub.