Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 12:16:00
Bu fənlərin dərs saatları artırılıb - Nazirlikdən təlimat 

 

2020-2021-ci tədris ilində dərsdənkənar məşğələlərə ayrılan  saatlar dərs cədvəlinə daxil edilib.

 

Azedu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məktəb direktorlarına təlimat göndərib. Həmin təlimata əsasən  dərs saatlarında bəzi dəyişiklik edilib.

 

Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrin I sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə II-IV siniflərində, habelə ləzgi dili tədris olunan təhsil müəssisələrinin V-IX siniflərində valideynlər və şagirdlər arzu etdikləri halda dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilə  bilər.

 

Füzuli, Beyləqan, Ağcabədi Ağdam, Tərtər,  Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa,Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı,  Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə  Naxçıvan MR-ın Ermənistanla sərhəddə yerləşmiş məktəblərin VI siniflərində dərsdənkanar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə  “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunur.

 

Qeyd edilən rayonların  və Naxçıvam MR-ınErmənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin IV siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçirilir.

 

VII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış 1 saat dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun, VIII sinifdə isə əlavə dərs saatı “Ortaq türk tarixi” fənninin   tədrisinə verilir.