https://www.zirve.edu.az/
24.11.2020 11:32
Müəllimlərin maaşından  tutulan VERGİLƏR - Həvəsləndirmələrə şamil olunur?-DİQQƏT

Pedaqoji fəaliyyətə yeni  başlayan müəllimləri maraqlandıran məsələlərdən biri də əmək haqqından tutulan vergilərdir.

 

Azedu.az xəbər verir ki, gəlir vergisi( vergi güzəştləri nəzərə alınmaqla) üçün 14%, Dövlət Sosial Müdafiə Fonduna  (DSMF) görə  3% vergi tutulur.

 

Bundan başqa  həmkarlar -2%, işsizlikdən sığorta haqqı -0.5%, digər tutulmalar( aliment, məhkəmə qərarları, cəmiyyət  və partiyalara üzvlük haqları,digər) da olmaqla vergilər  tətbiq edilir.

 

Müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərindən (H1, H2) vergi tutulmur. H2 (160 manat) olduqda müəyyən hissəsindən vergi tutulur, 60 manat üçün isə tətbiq edilmir.

 

Qeyd edək ki, ali təhsilli kadrların bir stavka (18 saat ) dərs yükü üçün aylıq vəzifə maaşı 460, orta təhsilli müəllimlərin isə 420 manatdır.