Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 15:38:00
ADNSU-da Hindistanla birgə onlayn beynəlxalq seminar keçirilib

Noyabrın 17-18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və universitetin HPC sahəsində tərəfdaşı olan Hindistanın Müqəddəs Xavier Kollecinin (Kəlküttə) birgə təşkilatçılığı ilə onlayn beynəlxalq seminar keçirilib.

 


Universitetdən AzEdu.az-a verilən məlumata görə, tədbiri Müqəddəs Xavier Kollecinin rektoru Dr. Dominic Savio açaraq, Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edib və tədbirin işində uğurlar arzulayıb.

 


Daha sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov universitetin nəzdində fəaliyyət göstərən HPC mərkəz haqqında məlumat verib və təşkilatlar arasında növbəti əməkdaşlığın istiqamətləri haqqında danışıb.

 


Müqəddəs Xavier Kollecinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı Pançali Sen təmsil etdiyi ali məktəb haqqında məlumat verib.

 


Seminarın plenar iclaslarında ADNSU-nun professoru, HPC mərkəzinin elmi rəhbəri Araz Əliyev, universitetin dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi, partnyor təşkilatdan Ayan Çandra və Aşok Nat çıxış ediblər. Seminarın 2 gün ərzində baş tutan sessiya iclaslarında universitetin HPC mərkəzinin əməkdaşları - dosent Samir Quliyev, t.f.d. Nigar İsmayılova, doktorantlar Etibar Vəzirov və Firuzə Xalıqova-Təhməzli, Müqəddəs Xavier Kollecinin əməkdaşları Ankita Sərkər, Raya Sinha, Deboşruti Dasqupta, Siddharta Roy, prof. Mosumi Das Nat, Kazari Basak, Racdip Das, Rajarşi Bataçarya HPC-nin müxtəlif istiqamətləri üzrə məruzələrini təqdim ediblər.

 


Tədbirin sonunda Azərkosmos agentliyinin əməkdaşı İmran İbrahimli çıxış edərək HPC mərkəzin imkanları haqda məlumat verib və peyk təsvirlərinin emalında HPC sistemlərinin vacibliyini qeyd edib.