Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 13:32:00
Direktorların işəqəbul müsabiqəsində istifadə olunan test nümunələri –Doğru cavablarla

 

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən Direktorların İşə qəbul imtahanı üçün üçün test nümunələri və cavablarını təqdim edir:

 

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında sertifikatlaşdırılmanın keçirilməsi ilə bağlı qeyd olunanlardan biri doğrudur:

 

  1. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlər Kabineti müəyyən edir və altsistemdə yerləşdirir.

 

  1. Sertifikatlaşdırmanın test mərhələsinə 90 dəqiqə vaxt ayrılır.
  2. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.
  3. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan 1 iş günü sonra elan edilir.
  4. Müsahibənin keçirilməsi üçün Təhsil Nazirliyinin təklifləri əsasında Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.

Düzgün cavab: C

 

“Məktəbə hazırlığın təşkili Qaydaları”nda nəzərdə tutulan məktəbə hazırlığın təşkili məsələləri ilə bağlı qeyd olunanlardan hansı doğrudur?

  1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.
  2. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 4 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 4 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
  3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 40 dəqiqə, məşğələlərarası fasilə 15 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 10 idman dəqiqəsi keçirilir.
  4. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində yalnız fiziki inkişafını formalaşdırmaqdır.
  5. Məktəbəhazırlıq qruplarında həftə ərzində 24 məşğələ təşkil edilir.

 Düzgün cavab: A

 

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər:

  1. ümumi orta təhsil səviyyəsini 70 faiz “əla” qiymətlərlə bitirənlər
  2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 85 faizi “əla” olanlar
  3. humanitar fənlər üzrə illik qiymətləri “əla” olanlar
  4. ibtidai təhsil səviyyəsini ən azı 85 faiz “əla” qiymətlərlə bitirənlər
  5. bütün fənlərdən illik qiymətləri “əla” olanlar

Düzgün cavab: E

 

Ümumi təhsilin idarə olunması hansı prinsiplər əsasında həyata keçirilir?

  1. təhsilin məzmununun müəyyənləşdirilməsi
  2. hesabatlılıq
  3. tədqiqatçılıq
  4. məsuliyyətin bölüşdürülməsi
  5. inkişafın monitorinqi
  6. 1,2,3
  7. 3,4,5
  8. 2,4,5
  9. 1,3,4
  10. 3,4

Düzgün cavab: B

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları