Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-15 17:16:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Nizami Poladov  2003-cü ildə Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat, 2005-ci ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

 

Univesitetdən AzEdu.az-a verilən məlumata görə, 2003-cü ildə “Baku Steel Company” şirkətinin universitetdə keçirdiyi müsabiqədə fərqlənərək təqaüdə layiq görülüb və həmin zavodda işə qəbul edilib. 2003-2005-ci illərdə “Baku Steel Company” şirkətində poladəridən köməkçisi, 2005-ci ildə “Bakı Poladtökmə” ASC-nin növbə rəisi vəzifələrini icra edib. 2006-2009-cu illərdə “Bakı Poladtökmə” ASC-də poladəridən vəzifəsində çalışıb. 2009-2010-cu illərdə “İdeal Dizayn” MMC-nin şöbə müdiri, 2010-2014-cü illərdə “EMBAWOOD” MMC-nin bölmə müdiri olub. 2009-cu ildə AzTU-da aspiranturaya daxil olub, 2012-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. AzTU-nun baş müəllimi vəzifəsindən dosent vəzifəsinədək yüksəlib. Hazırda Materiallar texnologiyası kafedrasının dosentidir. 2015-2016-cı illərdə SABAH mərkəzinin koordinatoru olub. 2016-cı ildən AzTU-nun doktorantıdır.

 

2019-cu ilin dekabrından indiyə kimi Metallurgiya və materialşunaslıq fakültəsinin dekanı vəzifəsində çalışır.

 

37 elmi əsər, 11 bakalavriat və magistratura səviyyələri üçün fənn proqramı, 2 dərs vəsaitinin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterburq, Donetskdə nəşr olunub.