Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 12:45:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi işəgötürənlərlə əməkdaşlığı genişləndirir  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Azertexnolayn” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, əməkdaşlıq təhsilalanların sənayenin tələblərinə cavab verən ixtisaslı kadr kimi hazırlanmasına xidmət edir. Memorandum çərçivəsində müəyyən edilən müvafiq sahələr üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması və təlimlərin təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki tərəf kifayət qədər geniş elmi-texniki laboratoriyalara, istehsalat bazasına və ixtisaslı kadrlara malikdir.

 

Sözügedən əməkdaşlıq çərçivəsində sənayedə quraşdırma, mexanika, elektrotexnika və avtomatika istiqamətləri üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı nəzərdə tutulur. Tələbələrə sahibkarlıq vərdişləri aşılanacaq, onların bilik və bacarıqları qiymətləndiriləcək. Təcrübə proqramına qatılanlar arasında gözləntiləri qarşılayan təhsilalanlar işlə təmin olunacaq.