Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 17:47:00
Ermənistan Bərdəyə raket atıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

 

Bu barədə Reportun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya aparılıb. Onların içərisində azyaşlılar da var.

 
17:06

 

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

 

Bu barədə Report-a cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.