https://www.zirve.edu.az/
22.10.2020 09:24
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək

2020-ci ilin 22 oktyabr tarixindən etibarən Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan birinci kurs tələbələri üçün onlayn Oriyentasiya Günü təşkil olunacaq.

AzEdu.az-ın məlumatına görə, onlayn Oriyentasiya Gününün keçirilmə məqsədi birinci kurs tələbələrinə fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı məlumat verilməsidir.

Oriyentasiya Günü "ZOOM" Platforması üzərindən onlayn formatda keçirəcək.

Günün keçirlmə vaxtı və qoşulmaq üçün məlumatlar tələbələrə göndəriləcək.