Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 13:52:00
Fransada müəllimin qətli ilə əlaqədar yeddi nəfər mühakimə olunacaq

Fransada radikal islamçı müəllim Samuel Patinin paytaxt ərazisində öldürülməsi ilə bağlı istintaq çərçivəsində yeddi nəfər mühakimə olunacaq.

 

AzEdu.az xəbər verir ki, TASS informasiya agentliyi bu barədə məhkəmə mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbənin məlumatına əsasən, məhkəmə işi üzrə ilkin dinləmələr zamanı yeddi məhbus ittiham oluna bilər. Bunların arasında terrorçuya pulla müəllim haqqında məlumat ötürməkdə şübhəli bilinən iki azyaşlı, Patini fəal şəkildə tənqid edən radikalın atası, islamçı fəal Abdelhakim Sefriui və silah alarkən onu müşayiət edən təcavüzkarın üç tanışı var.

 

Terror hadisəsində nəzarətə alınanların qalanları sərbəst buraxılıb. Daha əvvəl Fransa polisi çərşənbə axşamı saxlanılan 16 nəfərdən altı nəfərin sərbəst buraxıldığını bildirib.

 

Hadisə oktyabrın 16-sı axşam saatlarında Konflan-Sent-Onorində tarix və coğrafiya fənləri üzrə müəllimin tədris etdiyi məktəbin yanında baş verib. Cinayətkar onun boğazını kəsib. Təcavüzkar hadisə yerinə gələn polis məmurlarını təhdid etməyə çalışsa da, o, güllələnib. Hadisənin araşdırılması Fransa antiterror prokurorluğuna həvalə edilib. Respublika prezidenti hadisəni terror hücumu adlandırıb.