Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 17:33:00
Alimlər sümük toxumasının bərpası üçün yeni material yaradıblar

Alimlər sümük toxumasının bərpası üçün yeni material yaradıblar.

 

AzEdu.az xəbər verir ki, osteoporozun müalicəsi üçün yeni unikal biomaterialı Rusiyanın S.P.Korolyov adına Samara Universiteti bioloqlarının iştirakı ilə elmi kollektiv hazırlayıb. Müəlliflərin sözlərinə görə, bu materialın tətbiqi sümük toxumasında təkcə itirilmiş mineral komponentləri deyil, üzvi tərkibi də bərpa etməyə imkan yaradacaq. Tədqiqatın nəticələri “Journal of Optical Technology” nəşrində dərc edilib.

 

Alimlərin fikrincə, osteoporoz insanların əziyyət çəkdiyi ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra dördüncü yerdədir.

 

Samara Universiteti, Samara Tibb Universiteti və “Toxuma mühəndisliyi” ali məktəblərarası beynəlxalq laboratoriyanın elmi kollektivi osteoporozun müalicəsində korreksiya üçün material – hidroksiapatit hazırlayıblar. Bu, “Lioplast” texnologiyası əsasında hazırlanıb.

 

Tədqiqatçıların sözlərinə görə, yeni materialın unikallığı ondan ibarətdir ki, onun tərkibində təkcə mineral deyil, üzvi komponentlər də olur. Bu, osteoporozun müalicəsində sümük toxumasının korreksiyası üçün itirilmiş mineral komponentləri, həmçinin üzvi tərkibi bərpa etməyə imkan yaradır ki, sonuncu da bütün biotoxumanın “karkası” hesab edilir.

 

Hidroksiapatit əldə etmək üçün texnologiya təkmilləşdirilib və onun keyfiyyəti raman spektroskopiyasından istifadə edilməklə dəyərləndirilib.

 

Alimlər, həmçinin məlumat veriblər ki, osteoporozda sümük toxuması tərkibinin tədqiqi üzrə eksperiment aparılıb: xəstəliyin müxtəlif variantlarında sümük toxumasında dəyişikliyin xüsusiyyəti qiymətləndirilib. Əldə edilmiş nəticələr klinikəqədər mərhələdə osteorezorbsiyanın qarşısının alınması üçün yeni biomaterialın tətbiqində sümük toxumasının fərdi olaraq kompleks qiymətləndirilməsi metodunu işləyib hazırlamağa imkan verəcək. Bu, həm yerüstü, həm də mikroqravitasiya şəraitinə aiddir. Belə ki, kosmik uçuşdakı çəkisizlik sümük kütləsinin spesifik itməsinə səbəb olur ki, bu da osteoporozun yaranmasına gətirib çıxarır.