Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 13:05:00
İqtisadi və Sosial İnkişaf Mərkəzi Təcrübə Proqramı elan edir – Tələbələr arasında

 

 

 İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tələbələr və məzunlar üçün Yeni Təcrübə Proqramı elan edir.

 

 

Proqrama yerli və xarici tələbələr müraciət edə bilərlər.Təcrübə proqramı 3 ay müddəti əhatə edəcək. Tələbələr təhsil aldıqları ali məktəblərdə dərslərindən sonra proqramda iştirak imkanı qazanacaqlar.

 

Proqramda iştirak edəcək təcrübəçilərə nələr vəd edilir?

 

-  İSİM tədqiqat layihələrində iştirak etmək;

- Xarici tədqiqatçıların rəhbərliyi ilə tədqiqat və iqtisadi-elmi metodları öyrənmək;

- İSİM-in adından xaricdə təşkil edilən beynəlxalq tədbirlərə qatılmaq;

- İqtisadi biliklər ilə yanaşı xarici ekspertlərin çalışdığı mühitdə ingilis dili biliklərini təkmilləşdirmək;

- Mətbuata çıxış imkanları əldə etmək;

- Yerli dövlət və beynəlxalq qurumlar ilə əlaqələr qurmaq;

- CV-nizi təkmilləşdirmək

- İSİM-in çap etdiyi nəşrlərin müəllifi olmaq və

ən əsası

- Yaxşı, dostcasına mühitdə çalışmaq

 

Müraciətçidən nələr istənilir?

- Azərbaycanda və ya xaricdə uiversitet tələbəsi və ya məzunu olmaq;

- Orta iqtisadi biliklər;

- Ən azı danışıq ingilis dili biliklər;

- Proqram dövründə tədqiqatlarda mütəmadi olaraq iştirak etmək.

 

Proqramda iştirak etmək istəyənlər CV və niyyət məktubunu [email protected] email ünvanına göndərə bilərlər. Sənədlər azərbaycan və ya ingilis dillərində olmalıdır.

Proqrama son müraciət tarixi: 27 Oktyabr 2020-ci il

 

İSİM ABŞ-ın məşhur Penselvaniya Universitetinin beynəlxalq qiymətləndirməsində 2015-ci il üçün Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi elan edilib. Eyni zamanda Harvard Universitetinin rəsmi siyahısına daxil olan yeganə Azərbaycan mərkəzidir.