Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 12:50:00
Azİİ Elektron Kitab Evinə yeni nəşrlər hədiyyə edildi    

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin bazasına Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və böyük neft-qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti tərəfindən yeni nəşrlər hədiyyə edilib.

 

ADNSU-dan AzEdu.az-a verilən məlumata görə,  kitab evinə Allan Edvard Barskinin “Sosial işdə etik prinsiplər və dəyərlər”, Cey Heyzer, Barri Render və Çak Mansonun “Əməliyyatların idarə edilməsi prinsipləri”, Ueyn F.Kassionun “İnsan resurslarının idarə edilməsi” kitablarından 220 nüsxə təqdim edilib. “Teas Press” nəşriyyatında çap olunan kitablar yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.

 

Qeyd edək ki, kitablar oxucuların istifadəsindədir. Onların Azərbaycan dilinə tərcüməsi və nəşri BP-nin ölkədə təhsilin inkişafına göstərdiyi dəstəyin bir hissəsidir.