Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 17:21:00
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK    

“Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər”.

 

AzEdu.az-ın  məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur:

 

“Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”. 

 

M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:

 

“Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.