https://www.zirve.edu.az/
19.09.2020 12:46
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərdən 1875-i uğur qazandı

Bu həftə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün avqustun 26-dan başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269-u məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin həftəlik hesabatında (14-18 sentyabr) əksini tapıb.

Hesabatda bildirilir ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak üçün 5327 abituriyent qeydiyyatdan keçib. Onlardan 1875-i müvəffəqiyyət əldə edib və ixtisas seçiminə buraxılıb.