Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 17:16:00
AMEA-da yeni TƏYİNATLAR  

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.



Qurumdan AzEdu.az-a verilən məlumata görə, karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə, Elmi şuranın əksər üzvlərinin onlayn iştirakını təmin etməklə təşkil olunan iclasda  AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edib.


İlk olaraq Azərbaycan Respublikasında mövcud olan su təminatı problemi müzakirəyə çıxarılıb. O qeyd edib ki, Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının alim və mütəxəssisləri tərəfindən də xeyli sayda təkliflər hazırlanıb və rəhbərliyə təqdim edilib.


İclasda bir sıra kadr məsələlərinə baxılıb. Biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın öz xahişi əsasında Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi və biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatətlərin qaldırılması qərara alınıb. Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov isə Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri vəzifəsinə təsdiqlənib.