Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 18:06:00
Tarix, coğrafiya və informatika fənləri üzrə 782 namizəd vakant yer tutdu

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin sentyabrın 13-14-də keçirilmiş vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, tarix, coğrafiya və informatika fənləri üzrə 782 namizəd vakant yer tutub.

 

Vakant yer tutan namizədlər sentyabrın 17-si saat 09:00-dan sentyabrın 18-i saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

 

Sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına vaxtında təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.