
08.09.2020 18:35
DİM: Özəl ali məktəblərə maraq azdır
Özəl ali təhsil müəssisələri əsasən humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019-cu ildə sənəd verən abituriyentlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 5.68%, subbakalavrlar arasında isə cəmi 6.34% olub.
"2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər".
Məlumatda qeyd edilib ki, bunun üçün onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər: "Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Hesab edirik ki, bu amil mütləq birinci kursların tədris planlarında nəzərə alınmalıdır".
Bu bölməyə aid digər xəbərlər
DİM prezident təqaüdçüləri haqqında ümumi məlumat yayıb
30.10.2020 | 10:43
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadıldı
12.10.2020 | 15:57
Tələbələrin ali məktəblərə qeydiyyat müddəti uzadılıb
06.10.2020 | 14:17
Ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
24.09.2020 | 09:24
Bakalavr üzrə boş qalan yerlərə sənəd qəbulu nə zaman olacaq?-DİM
14.09.2020 | 15:51
10 mindən çox abituriyent 200-dən aşağı bal toplayıb-DİM sədri
14.09.2020 | 15:14
Ən çox ixtisas seçimi bu qruplarda olub - DİM-dən AÇIQLAMA
14.09.2020 | 14:12
Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi davam edir
14.09.2020 | 13:49
Bu gündən ali məktəblərə ixtisas seçimi başladı
10.09.2020 | 09:36
Sabahdan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır
09.09.2020 | 17:58
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
17.01.2021 | 12:36
Nazir tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirəcək-DİQQƏT

19.01.2021 | 11:32
Təhsil nazirinin brifinqində hansı vacib qərarlar veriləcək? – Ehtimallar

16.01.2021 | 11:42
Məktəblərlə bağlı qərar nə vaxt veriləcək?-Prezident köməkçisi açıqladı

22.01.2021 | 14:00
Qiymətləndirmə üçün ən rahat üsul müəyyən edilib-NAZİRLİK

16.01.2021 | 15:52
Bu abituriyentlər qəbul imtahanının birbaşa ikinci mərhələsində iştirak edəcəklər-RƏSMİ

20.01.2021 | 10:45
Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

20.01.2021 | 11:18
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?

22.01.2021 | 13:24
Bu ilin ilk yarısınadək sertifikasiya prosesi keçirilməyəcək-Emin Əmrullayev
_342.jpg)
FACEBOOK