Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-03 10:39:00
700 bal toplayan Hüseyn: “Uğurdan ötrü stresdən uzaq olmalısınız”  

 

Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev  I fənn bloku üzrı keçirilən imtahanlarda maksimum -400 ballıq nəticə göstərib.

 

O, qəbul imtahanının I mərhələsində 300 bal topladığından əldə etdiyi yekun nəticə record göstəriciyə -700 bala bərabər olub.

 

AzEdu.az vunderkid şagirdin imtahanla bağlı təəssüratlarını təqdim edir:

 

“Qəbul imtahanının birinci mərhələsində 300 bal toplayacağıma dair tərəddüdlərim vardı. Budəfəki ikinci mərhələdə isə maksimum balı toplayacağıma əmin idim. Özümdən bu nəticəni gözləyirdim”.

 

Hüseyn imtahan suallarının çətinlik səviyyəsinin şagirdin  biliyindən asılı olduğunu qeyd etdi:

 

“İmtahanda riyaziyyat fənnindən olan suallar nisbətən çətin idi. Digər fənlərdəki suallar isə orta səviyyəli salınmışdı. Düşürəm ki, sualların çətinlik səviyyəsi şagirdin biliyinin dərəcəsindən asılıdır”.

 

Vunderkid abituriyent pandemiya şəraitindəki hazırlıq prosesindən də danışdı. O, karantin rejimini ənənəvi rejimdən heç fərqləndirmədən hazırlaşdığını bildirdi:

 

“Pandemiya şəraitində heç həvəsdən düşmədim, onlayn qaydada hazırlığa davam etdim. Sanki ənənəvi formada da dərs keçirmiş kimi məsuliyyətli oldum və hazırlıq müddətini başa vurdum. Təbii ki, bu məsuliyyətin nəticəsi də yaxşı oldu.

 

10-cu sinifdən etibarən qəbul imtahanlarına hazırlaşmağa başladım. Bakı Ali Neft Məktəbində  İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almağı düşünürəm. Həmçinin “Əlaçı” verilişinin 8 və 9-cu mövsümündə iştirak edib, hər ikisində də diplom qazanmışam. Hətta 9-cu mövsümdə çempion olmuşam”.

 

Hüseynin uğurlu nəticə əldə etmək üçün gələcək illərin abituriyentlərinə bir neçə tövsiyəsi də oldu:

 

“Abituriyentlər çox çalışmalı və həvəsdən düşməməlidirlər. Uğurlu nəticə üçün stresdən uzaq olmalı və çoxlu sayda sınaq imtahanında iştirak etmək lazımdır”.

 

Qeyd edək ki, I qrup üzrə cəmi bir nəfər -Hüseyn Abdullayev 700 bal toplayıb.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları