Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 14:49:00
Müsahibədə indiyədək 261 nəfər uğur qazanıb

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki, müsahibədə indiyədək 261 nəfər uğur qazanıb. Onlardan 173-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.