https://www.zirve.edu.az/
13.08.2020 16:59
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir

Təhsil İnstitutu uşaqların qidalanması və eyni otaqda yatmasının böyük yoluxma riski yaratmasını nəzərə alaraq, uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpasını məqsədəuyğun hesab edir.

 

AzEdu.az xəbər verir ki, təkliflərdə qeyd edilir ki, məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilsin.

 

Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.

 

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.