Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-03 18:32:00
Məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur-Hikmət Hacıyev

“Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

 

O, bildirib ki, burada digər ölkələrində təcrübəsinə baxılacaq.

 

 

“Bununla bağlı hazrlanacaq təkliflərə baxılacaq. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə edilsin”.

 

 

Qeyd edək ki, martın 3-dən ölkədə təlim, tədris və buna bağlı bütün məsələlər dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları