Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 13:37:00
Koronavirusun iqtisadi təsiri universitetdə dərs kimi keçiləcək-YENİLİK

Koronavirus Boğaziçi universitetində dərs mövzusu oldu. Professor Ceyhun Elgin verəcəyi onlayn dərsdə koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri hərtərəfli izah olunacaq. Universitetdə 7 həftə davam edəcək “Contemporary Issues In Economic Policy”(İqtisadiyyatda gündəm mövzuları)  dərsdə dünya üzrə koronavirusun sahibkarlara təsirindən danışılacaq. Dərslər 4avqustdan-13 sentyabradək davam edəcək.

 

Professor Ceyhun Ergin  dərslər haqda bundarı qeyd etdi:

 

“Pandemiyanın iqtisadi təsirini araşdırıram və bununla bağlı bir neçə seminar da keçmişəm. Əldə etdiyim araşdırma materiallarını tələbələrimlə bölüşməyin faydalı olacağını düşünürəm. Dərslər ZOOM platforması üzərindən yayımlanacaq. Dərsdə dünya bankı və Beynəlxalq Pul fondunun hesabatlarından məlumatlar veriləcək. Pandemiyanın səbəb olduğu işsizlik müakirə olunacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları