Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 14:15:00
Pandemiya dövründə İslam dünyasında təhsil müəssisələrinin könüllü inkişafı mükafatı təsis edilib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Həmdan bin Rəşid əl Məktum Fondu COVID-19 pandemiyası dövründə İslam ölkələrində təhsil müəssisələrinin inkişafına könüllü töhfə verən fərdlər və təşkilatlar üçün mükafat təsis edib.

 

AzEdu.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim əl-Malik bəyan edib. Onun sözlərinə görə, 300 min dollar məbləğində vəsait ayrılacaq mükafat pandemiya dövründə innovativ və inklüziv təhsilin inkişafına töhfə verəcək üç subyektə veriləcək.

 

Həmdan Fondunun baş katibi Camal Əl Məhairi qeyd edib ki, dekabrın 17-də yekun vurulacaq müsabiqənin hər üç qalibinə 100 min dollar məbləğində mükafat təqdim olunacaq. Müsabiqədə ayrı-ayrı fərdlər, xeyriyyə təşkilatları, könüllülər institutları və donorlar iştirak edə bilər. Təhsil müəssisələrinin inkişafı layihələri və görülmüş işlərlə bağlı hesabatlar http://ha.ae/en/icesco internet saytına təqdim ediləcək. Hesabatlarda son üç il ərzində təhsil müəssisələri üçün binaların tikilməsi, onların zəruri avadanlıqlarla təchizi, COVID-19 pandemiyası şəraitində təhsilin davamlılığının təmini üzrə məsələlər əks olunmalıdır. Rəsmi müraciət forması [email protected] ünvanına göndərilməlidir.