Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 11:14:00
Rusiyalı alimlərdən postsovet ölkələrində ali təhsil müəssisələrinə qəbul imtahanlarına dair kollektiv monoqrafiya

Rusiyanın Ali İqtisadiyyat Məktəbi milli tədqiqat universiteti tərəfindən mütamadi olaraq postsovet təhsili mövzusunda məqalələr və kitablar dərc olunur.

 

AzEdu.az  xəbər verir ki, kitabda Azərbaycan təcrübəsi də yer alıb. Kollektiv müəlliflər tərəfindən hazırlanmış növbəti monoqrafiyada 6 postsovet ölkəsində dövlətin vəzifələri prizmasından çıxış edərək ali təhsil müəssisələrinə qəbul imtahanları barədə məlumat verilir.

 

Monoqrafiyada hər bir ölkənin təcrübəsinə əsasən milli qiymətləndirmə sistemləri müzakirə edilir. Burada SSRİ-nin süqutundan sonra vahid qəbul imtahanlarının tətbiqinin səbəbləri, imtahanların əsas xarakteristikaları, imtahanların keçirilmə proseduru, imtahanlarda şəffaflığın və ictimai dəstəyin təmin edilməsi, imtahanların nəticələri və onların təhsil sisteminə və cəmiyyətə təsiri və digər məsələlər əksini tapıb.

 

Kollektiv monoqrafiyanı buradan yükləyə bilərsiniz.

 

Kitabın tərtibçiləri və elmi redaktorları Ali İqtisadiyyat Məktəbi milli tədqiqat universitetinin Təhsildə qiymətləndirmə və psixometriya mərkəzinin elmi rəhbəri, pedaqogika elmləri doktoru, professor V.A Bolotov və Ali İqtisadiyyat Məktəbinin A.A. Pinsk adına Ümumi və əlavə təhsil mərkəzinin eksperti R.V. Qorbovskiydir